“Biz Ukraynada heç nə itirməmişik”
- Putin
“Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiya heç nə itirməyib”. Globall.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 7-ci Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib. Putinin sözlərinə görə, həm dünyada, həm də ölkə daxilində əməliyyatla bağlı “müəyyən qütbləşmə” var. "Amma mən inanıram ki, bu, yalnız fayda verəcək, çünki lazımsız, müvəqqəti olan, irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz təkan, inkişaf tempi qazanacağıq. Çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər"- Putin deyib. (modern.az)
"Əminəm ki, Ukraynada əməliyyatın başlaması ilə biz heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazanc suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir", - Rusiya lideri bildirib.