Rusiya və İran turistlərin vizasız mübadiləsinə başlayır
Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Globall.az xəbər verir ki, bu barədə Rusiya Turizm Agentliyinin rəhbəri Zarina Doquzova bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Qruplar azı 20 nəfərdən ibarət olacaq. Bundan başqa, Doquzova 52 ölkənin, o cümlədən Avropa dövlətlərinin vətəndaşları üçün elektron vizaların tətbiqi məsələsinin müzakirə olunduğunu diqqətə çatdırıb.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: