Mətbuat Şurasına seçkilər: İdarə Heyətinə düşməyə çalışanlar və ordan çıxmaq istəyənlər
Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi gözlənilir. Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək. Hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan tanınmış jurnalist Niyaz Niftiyev isə sədr postuna iddialı olduğunu açıqlayıb: “Düşünürəm ki, fəaliyyətdə olan MŞ İdarə Heyətinin zəhmətkeş üzvü kimi təcrübəm də var”. Globall.az saytı hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan şəxslərin siyahısını təqdim edir: Əflatun Amaşov Vüqar Səfərli İnternet portallar: Vüsalə Mahirqızı Ehtiyat üzvlər: Jurnalistlər: İlqar Hüseynov İctimaiyyət nümayəndələri: Nəsir Əhmədli İnternet portallar: Elşad Eyvazlı (modern.az)
Yayılan məlumatlarda Mətbuat Şurasının sədri postuna da yeni simanın gələcəyi bildirilir.
2003-cü ilin martından Mətbuat Şurasına sədrlik edən Əflatın Amaşovun qurultayda İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi hələ dəqiq deyil.
Qurultay yaxınlaşdıqca, Mətbuat Şurasının İdarə Heyəti üzvlüyünə namizəd olmaq istəyənlər də meydana çıxır, İdarə Heyəti üzvlüyündən çıxmaq istəyənlər də.
Məsələn, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bu gün bəyan edib ki, o, Mətbuat Şurasının İdarə Heyəti üzvülüyünə namizədliyini irəli sürüb.
“Bizimyol.info” saytının rəhbəri Bahəddin Həzi isə əksinə, bəribaşdan həmkarlarından xahiş edib ki, anketlərdə onun adını yazmasınlar, namizədliyi irəli sürülməsin.
Bununla da Bahəddin Həzi 2018-ci ildən üzv olduğu İdarə Heyətindəki təmsilçilikdən geri çəkildiyini bəyan edib.
Editor.az saytının baş redaktoru Fərid Şahbazlı da Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq niyyətini ortaya qoyub.
Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin dəyişəcəyi istisna deyil. Çünki köhnə özvlər arasında dünyasını dəyişən də var, həbs olunan da...
Jurnalistlər:
Vüqar Rəhimzadə
Umud Mirzəyev
Rəşad Məcid
Aydın Quliyev
Akif Aşırlı
Rauf Arifoğlu
Elçin Mirzəbəyli
Bəxtiyar Sadıqov
Aynur Camalqızı
Bahəddin Həziyev
İctimaiyyət nümayəndələri:
Müşfiq Ələsgərli
Aqil Abbas
Cavanşir Feyziyev
Hikmət Babaoğlu
İlham İsmayılov
Yadigar Məmmədli
Azər Həsrət
Niyaz Niftiyev
Rəhman Hacıyev
Anar İmanov
Musa Mərcanlı
Çingiz Qənizadə
Rafail Becanov