Sabah bu ərazidə qaz olmayacaq
Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barəddə Globall.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” qazpaylayıcı stansiyasında (QPS) aparılacaq təmir işləri ilə əlaqədar sabah tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: