Dünyanın ilk üzən AES-i elektrik enerjisi istehsalına başladı

Dünyanın ilk üzən atom elektrik stansiyası (AES) “Akademik Lomonosov” Rusiyanın şimal-şərqindəki Çukotka Muxtar Dairəsinin Çaun-Bilibin enerji şəbəkəsinə elektrik enerjisi verməyə başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Rosatom” Dövlət Korporasiyası məlumat yayıb.
Bildirilir ki, “Akademik Lomonosov”un generatorları sahildəki elektrik şəbəkəsinə qoşulub və elektrik enerjisinin istehsalına başlayıb.
Üzən AES-in 2020-ci ilədək Pevek şəhərinin istilik sisteminə qoşulması planlaşdırılır.
O da qeyd olunur ki, “Akademik Lomonosov”un da işə düşməsi ilə Rusiyadakı AES-lərin sayı 11-ə çatıb.
Globall.az
Oxunub: 571
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							