Valideynlərin dərsləri izləməsi üçün proqram hazırlanır
Valideynlər tələbələrin dərslərə davamiyyətini və göstəricilərini izləyə biləcəklər. Globall.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. O bildirib ki, bu məsələ üçün xüsusi proqram hazırlanır. A.Paşayev qeyd edib ki, qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb: "Qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb. Amma gələcəkdə bu məsələyə yenidən baxıla bilər".
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: