Sertifikasiyadan keçməyən müəllimlərlə bağlı VACİB XƏBƏR
Təqribən 10-11 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş sistem əsasında işə qəbuluna başlanılıb. Bu gün müəllimlərin iş qəbulunda təqribən 60 min nəfər iştirak edirsə, bu, müsbət hal deməkdir. Globall.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbirində deyib. Nazir bildirib ki, son 10 ildə işə qəbul edilmiş müəllimlərin sertifikasiya nəticələri uğurlu olub. Onların hamısı müəlllimlərin işə qəbulu müsabiqəsindən keçib. Onun sözlərinə görə, on bir minə yaxın müəllim sertifikatlaşdırmada iştirak edib. Nazir qeyd edib ki, sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.