Türkiyədə dəhşət yaşanır:
100 yaralı var! - VİDEO
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 metrobus toqquşub. İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb. Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib. Hadisə yerində xilasetmə işləri davam edir. *** İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən verilən açıqlamaya görə, qəza nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib. *** İstanbul valisi Əli Yerlikaya yaralı sayının 99-a yüksəldiyini bildirib: “50 yaralımız təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 49 yaralımız isə öz imkanları ilə xəstəxanalara getdi və ambulator müalicə aldı. Yaralı vətəndaşlarıma şəfalar diləyirəm”.
Oxunub: 242
Xəbəri paylaş
Paylaş: