Daha bir ölkədə matəm elan olundu
Kanadada Böyük Britaniya Kraliçası II Elizabetin ölümü ilə əlaqədar 10 günlük matəm elan olunub. Bu barədə “Global News” telekanalı xəbər verir. Hesablama monarxın ölüm günündən aparılır. Bütün bu müddət ərzində bövlət bayraqları endiriləcək. Bayraqlar yalnız bir gün – III Karlın rəsmi olaraq Böyük Britaniya Kralı elan olunan gün qaldırılacaq. Sonra bayraqlar yenidən endiriləcək və II Elizabetin dəfn günü qaldırılacaq. Qeyd edək ki, Böyük Britaniyada da 10 günlük milli matəm elan olunub. Matəm II Elizabetin dəfn mərasimi ilə başa çatacaq. II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Kanada da daxil olmaqla, 15 ölkədə formal dövlət başçısı idi. (qafqazinfo)
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: