Əvəz Zeynallı barəsində cinayət işi açıldı
(YENİLƏNDİ)
Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib. "Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb. xxx Tanınmış jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb. Gundem.az xəbər verir ki, bu barədə məlumatı İlkin Rüstəmzadə sosial şəbəkə hesabında paylaşıb. Hazırda Əvəz Zeynallının ofisində axtarışlar getdiyi bildirilir.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: