Bakıda anadan DƏHŞƏTLİ CİNAYƏT:
1 yaşlı övladını...
Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb. Bu barədə Globall.az-a Suraxanı Rayon prokurorluğundan məlumat verilib. Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə istintaq davam edir
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş: