Rusiyanın Ukraynada verdiyi İTKİLƏR
Son sutka ərzində Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 950-yə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2168 tank, 4640 zirehli döyüş maşını, 1269 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 243 təyyarə, 213 helikopter, 903 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 463 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: