Kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ
Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globall.az-a verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub. Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: