Bakıda sıxlıq olan yollar açıqlandı
Bakıda sıxlıq olan yollar açıqlanıb. Globall.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, sıxlıq olan yollar aşağıdakılardır: 1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 8. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.