“Hidrogen bombasının atası” dəhşətli silah üzərində çalışıb:
ABŞ niyə imtina etdi?
Bu barədə “We Are The Mighty” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu növ silahın yaradılması üzərində fizik-nəzəriyyəçi Edvard Teller (“hidrogen bombasının atası” da adlandırılır) bir zaman çalışıb. Lakin ABŞ bu cür bombanın hazırlanmasından imtina edib, çünki sözügedən addım milyonlarla günahsız insanın ölümünə səbəb ola bilərdi.
“Nüvə zərbəsi dərhal bir çox ölkələrdə ölümcül radiasiya səviyyəsi yaradar, bütün dünyanı zəhərləyərdi”, - deyə nəşr vurğulayıb.
10000 meqaton gücündə silah bütün Yeni İngiltərə və ya bütün Fransa və Almaniyanı külə çevirə bilər. Moskvaya nüvə zərbəsinin endirilməsini şərh edən nəşr qeyd edib ki, bu zərbə Qərbi Avropanın böyük hissəsinə, hətta ABŞ-a belə təsir göstərə bilərdi:
“Nəzəri cəhətdən belə silah yaradılması mümkündür. Bəs bizə bütün bunlara qadir bir bomba gərəkdir?”