Luqanskın rəhbəri: "Rusiya ordusu Kremennaya şəhərini tərk edib"
Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini tərk edib. Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. “Lakin Ukrayna Silahlı Qüvvələri hələ şəhərə daxil olmayıblar. Liman şəhəri ətrafında isə döyüşlər davam edir”, - o bildirib. S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq: "Əsas zərbə həmin ərazilərdə olacaq". (report)
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: