Ordumuzun məhv etdiyi erməni hərbçilərin
FOTOları
"Ermənistan tərəfindən 49 hərbçi ölüb". Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil. Ölən erməni hərbçilərə gəldikdə isə, ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, onların sayı 65 nəfərdir. Ermənistanın müdafiə Nazirliyi itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Milli.Az bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin itkiləri daha çoxdur. İrəvandakı hospitallarda ən azı 78 yaralının olduğu vurğulanır. Onların 24 nəfərinin vəziyyəti kritikdir.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: