Azərbaycanda qüsur, kəkələmə, kar, kor, lal sözləri qanunvericilikdən çıxarılır
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən "qüsur" sözünün "pozuntu", "kəkələmə" sözünün "qeyri-iradi nitq pozuntusu", "kar" sözünün "eşitmə qabiliyyəti məhdud", "kor" sözünün "görmə qabiliyyəti məhdud", "lal" sözünün "nitq qabiliyyəti məhdud" sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanan layihə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunacaq.