Övladının şəhid xəbərinə dözməyən ata və oğulun tabutu yan-yana
- VİDEO
Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunublar. V. Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi yaşadıqları Binəqədi rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var. xxx Bakının Binəqədi rayonunda şəhidin nəşi ailəsinə təhvil verilənədək atası bu xəbərə dözməyərək vəfat edib. Şəhid Vadim Qocayevlə atasının nəşi dəfnə birgə aparılır. Bu barədə yayılan görüntülər isə ürək dağlayır. Qeyd edək ki, şəhid Vadim Qocayevin həyat yoldaşının hamilə olduğu bildirilir.