Başqa xəstəlikdən ölənlərin koronavirus kimi təqdim edilməsi iddiaları:
“Bunlar şayiədir, həkim heç vaxt belə etməz”- Baş infeksionist
“Bunlar şayiədir, həkim heç vaxt belə etməz”
Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusla bağlı sosial şəbəkələrdə yayılan iddialarla bağlı danışarkən söyləyib.
“Bizə koronaviruslu xəstələrin sayının artmağı lazımdırmı? Olmamağı daha yaxşıdır. Bizdə ölüm faizi 1,3-dən yuxarı qalxmır. Bunun özü də yaxşı göstəricidir. Bu virusdan ölən varsa xəbər verilir, yoxdursa da bu xəstəliyin adı çəkilmir”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialarda başqa xəstəlikdən ölən şəxslərin yaxınlarına pul təklif edilərək koronavirus kimi qeyd olunması bildirilir.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: