S-500-lər 2021-ci ildə istifadəyə veriləcək –
Müdafiə nazirinin müavini
İlk S-500 zenit raket kompleksi 2021-ci ildə Rusiya Silahlı Qüvvələrinin silahlanmasına daxil olmalıdır. Sistemlərin ardıcıl təhvil verilməsi isə 2025-ci ilə planlaşdırılır.
Bunu Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.
“Dövlət sınaqlarının tamamlanması və sistemin Silahlı Qüvvələrə təhvil verilməsi 2021-ci ildə planlaşdırılır”, – deyə o bildirib.
Krivoruçko qeyd edib ki, gələn il S-500 hava hücumundan müdafiə sistemlərinin 2025-ci ildə ardıcıl olaraq alınması üçün dövlət müqaviləsi imzalanacaq. Onun sözlərinə görə, hazırda sınaq təcrübələri keçirilir, S-500-lərin material hissəsi poliqondadır.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: