Kral III Çarlz media gündəmində:
Əsəbiləşərək otağı tərkt etdi
Kraliça II Elizabetin ölümündən sonra taxta oturan kral III Çarlzın əsəbi anları mediada geniş müzakirələrə səbəb olur. Bu dəfə Şimali İrlandiyada Hillsboro qəsrini ziyarət edən kral əsəblərinə hakim ola bilməyib. Globall.az AzVision.az-a istinadən xəbər verir ki, kral qonaqların qeyd olunduğu dəftərdə səhvən 13 sentyabr əvəzinə 12 sentyabr tarixinə imza atıb. Həyat yoldaşı kraliça Kamilla onun səhv tarixi imzaladığını bildirib. Kral əsəbiləşərək əlindəki qələmin mürəkkəb axıtdığını səbəb gətirib. “Mən bu lənətə gəlmiş şeyə dözə bilmirəm ” - o, deyib. Əli mürəkkəbə bulaşan III Çarlz otağı tərk edib. Onun əvəzinə dəftəri Kamilla imzalayıb. Qeyd edək ki, taxta çıxma mərasimində də III Çarlz əsəblərinə hakim ola bilməmişdi. Belə ki, o, mərasim zamanı masanın üstü dolu olduğu üçün sənədləri imzalaya bilməyib. Buna əsəbləşərək köməkçilərinə masanın üstünün boşaldılması təlimatını verib.