Paşinyan Blinkenə zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Paşinyan və Blinken BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında apardığı müzakirələrə toxunub.
Entoni Blinken qurbanlar üçün başsağlığı verib və ABŞ-ın sülh və dialoqu təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, Paşinyan bundan öncə Rusiya və Fransa prezidentlər ilə danışıb.
Oxunub: 194
Xəbəri paylaş
Paylaş:




















