Ukrayna ordusu bu şəhəri azad etdi
Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol sahilindən çıxarılıb. Globall.az xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib. "Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi. Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir", - Veliçko qeyd edib. Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: