Ərdoğan ABŞ-da səfərdədir -
YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib. Globall.az xəbər verir ki, Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar. *** Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddən ABŞ-a yola düşüb. Türkiyə dövlət başçısının Nyu-York səfərində məqsəd BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etməkdir. Prezidenti geniş tərkibli rəsmi heyət müşayiət edir. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirib.