Sərhəddə gərginlik səngidi -
RAZILIQ ƏLDƏ OLUNDU
Tacikistan və Qırğızıstan sərhədində vəziyyət hazırda tərəflərin nəzarəti altındadır. Bu barədə Tacikistanın Suqd vilayətinin rəhbərliyi məlumat yayıb. Məlumata görə, hər iki ölkənin sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsi üzrə Tacikistan-Qırğızıstan birgə komissiyası öz işini davam etdirir. “Görüş zamanı atəşkəs rejiminə riayət olunması üzrə birgə komissiyanın daimi fəaliyyətinin vacibliyi qeyd edilib, vəziyyət tərəflərin nəzarətindədir”, - vilayət administrasiyası qeyd edib. Qeyd edək ki, bundan əvvəl iki ölkənin sərhədlərində silahlı qarşıdurmanın yenidən başlaması haqda məlumat yayılmışdı.
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: