Füzulidən olan yaralı hərbçilərimiz ziyarət edildi
13 sentyabr tarixindən etibarən Ermənistanın Kəlbəcər, Daşkəsən, Laçın, istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı Füzuli rayonundan olan 4 nəfər hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Globall.az xəbər verir ki, yaralılar Horadiz şəhər sakini Əlizadə Olim Fikrət oğlu, Böyük Bəhmənli kənd sakini Əliyev Həsən Yarməmməd oğlu, Arayatılı kənd sakini Əhmədov Kənan Əbil oğlu və Şükürbəyli kənd sakini Allahverdiyev Baba Yasər oğludur. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon hüquq mühafizə orqanlarının rəhbərləri yaralıların ailələrinə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaralıların hər birinin həyətində döyüşlərdən salamat çıxmaları səbəbi ilə rayon rəhbəri tərəfindən qurbanlar kəsilib.