QANLI OLAY: Bakıda gənc oğlan bıçaqlanıb
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Globall.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Musayev Şamil Ramazan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan Ş.Musayev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: