Belarus prezidenti:
"Başqa qadınlarla öpüşməyin..."
Belarus prezidenti Aleksandr Lukaşenkonun koronavirus haqqında son açıqlamasına sərt reaksiyalar gəlib.
Lent.az -ın xarici mediaya istinadən verdiyi məlumata görə, "COVİD-19”la bağlı əhaliyə xəbərdarlıq edən prezident, kişilərə başqa qadınlarla öpüşməməyi tövsiyə edib. Həmçinin Lukaşenko kişilərə "Bir ay səbr edin” deyib.
Belə ki prezident virusla bağlı hamının diqqətli olmasını deyərkən, "Bir kişi bir qadını öpübsə, onunla davam etsin. Başqa qadınlarla təmasda olmasın. Bir ay səbr etsin” deyə danışıb.
Evli kişilərə ailələri ilə birlikdə olmağı tövsiyə edən Lukaşenko, "Küçəyə çıxın, velosiped sürün, ciyərlərinizə təmiz hava alın. Çünki bu xəstəlik ağciyərlərlə bağlıdır. Amma evdə qalıb öskürsən, hərəkətsiz olsan necə sağalarsan?” fikirlərini dilə gətirib.
Qeyd edək ki, Belarus prezidenti bundan əvvəlki açıqlamasında 9 may zəfər bayramının ləğv edilməyəcəyini demişdi. Onun çıxışına sosial mediada sərt təpkilər olub.