Ceyhun Bayramov ABŞ-a getdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb. Bu barədə Globall.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: