Kraliça II Elizabetlə vida mərasimi başa çatdı
Londonda Vestminster sarayında kraliça II Elizabet ilə vida mərasimi başa çatıb. Globall.az xəbər verir ki, bir neçə saatdan sonra sarayda kraliçanın dəfni üçün rəsmi mərasimin hazırlıqları başlayacaq. Bakı vaxtı ilə günorta saatlarında kraliçanın cənazəsi dəfn edilməsi üçün saraydan Vestminster abbatlığına aparılacaq. Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib. Kraliça ilə vida mərasimi sentyabrın 14-ü başlayıb.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: