Məşhur aparıcının barmaqları KƏSİLDİ
ATV və Show TV ekranlarında əsas xəbər bülleteni təqdim edən Korcan Karar qanqrena səbəbindən ayaq barmaqları kəsilib.
Globall.az xəbər verir ki, bu barədə jurnalist Uğur Dündar son köşə yazısında məlumat verib.
Dündar yazısında Korcan Kararın şəkər xəstəliyinin artdığını, ayaq barmağında qanqren olduğunu, bu səbəbdən amputasiya edildiyini açıqlayıb. Bildirilib ki, Korcan artıq sağalıb və yenidən yeriməyə başlayıb.
Kanaldan 2014-cü ildə istefa verməsi ilə yaddaqalan aparıcı İzmirdə yaşayır və hazırda səhhəti yaxşıdır.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: