Bayden Londonda tələbə məhəl qoymadı, tıxacda qaldı və... - Video
Xəbər verdiyimiz kimi, Londonda Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başlayıb. Mərasimdə bir sıra dünya rəsmisi iştirak edir. Globall.az bildirir ki, mərasimdə iştirak etmək üçün Britaniyada səfərdə olan ABŞ Prezidenti Co Bayden ölkə rəhbərliyinin şəxsi avtomobildən istifadə etməməklə bağlı tövsiyələrinə əməl etməyib. Belə ki, Bayden Kraliçanın dəfninə limuzində yollanıb. Şəhərdə dəfnlə bağlı sıxlıq müşahidə edildiyindən ABŞ lideri müəyyən müddət tıxacda qalıb və gözləməli olub. Bununla yanaşı, mərasim zamanı Baydenin şən əhval-ruhiyyədə olması da diqqətdən yayınmayıb. Xatırladaq ki, Britaniya rəhbərliyi Kraliçanın dəfninə gələcək qonaqlardan şəxsi avtomobillərdən istifadə etməməyi tələb edib. Qonaqların mərasim keçirilən məkana xüsusi avtobuslarla çatdırılacağı qeyd olunmuşdu.