ABŞ-dan İran təyyarələrinə SANKSİYA
ABŞ sanksiyalardan yayınaraq Rusiyaya yük daşıyan İran aviaşirkətlərinə məxsus 3 yük təyyarəsinə sanksiya tətbiq edib. Globall.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, sanksiya tətbiq edilən təyyarələr İranın "İran Hava Yolları", "Mahan Air" və "Qeshm Fars Air" hava yolları şirkətləridir. Sentyabrın 8-də Gürcüstanın hava məkanını keçərək Rusiya Federasiyasına enən “İran Air” aviaşirkətinə məxsus “Boeing 747” təyyarəsinə də sanskiya qoyulduğu məlum olub. Məlumata görə, bunlar indiyədək müəyyən edilən ilk üç İran təyyarəsidir. Bildirilib ki, hazırkı mərhələdə ümumilikdə İranın 183 təyyarəsi ABŞ-ın ixrac nəzarətini pozduğuna görə sanksiya siyahısına daxil edilib.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: