Ukrayna “F-16” qırıcılarını alacağı
VAXT AÇIQLANDI
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker jurnalistlərə bildirib ki, Ukrayna "F-16" qırıcı-bombardmançı təyyarələrinin Kiyevə tədarükü ilə bağlı siyasi qərar qəbul olunarsa, bu qırıcıları yalnız 2-3 ildən sonra alacaq. Globall.az xəbər verir ki, bu barədə “Politico” yazıb. General izah edib ki, Qərb Ukraynaya gələcək hərbi yardım planları qurmaqla uzunmüddətli perspektivdə daha çox düşünməyə başlayır. Hekkerin sözlərinə görə, Ukraynada döyüşlər çox güman ki, aylarla deyil, illərlə davam edəcək. Xatırladaq ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiyevə beynəlxalq dəstəyin gücləndirilməsi, xüsusən də Ukrayna Silahlı Qüvvələrinə silah təchizatının artırılması BMT Baş Assambleyasında Ukrayna nümayəndə heyətinin prioritetlərindən biridir və bu, Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən təyin edilib. Əlavə edək ki, sentyabrın 19-23-də xarici işlər naziri Dmitri Kuleba BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olacaq. Agentliyin məlumatına görə, Zelenski Baş Assambleyada Ukrayna üçün üç əsas prioritet müəyyənləşdirib. /cebheinfo.az/