Nazirdən Neftçilər Günü ilə bağlı paylaşım
“Ölkəmizdə “Neftçilər Günü”nün təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür”. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb: “Azərbaycanda tarixi ənənələrə malik neft-qaz sənayesinin inkişafında bu şərəfli peşə sahiblərinin əzmkarlığı və zəngin təcrübəsi əldə edilmiş mühüm nailiyyətlərlə səciyyələnir. Neftçilər Günü münasibətilə bütün neftçilərimizi təbrik edir və uğurlar arzulayıram”.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: