Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən
DANIŞDI
KTMT vasitəsilə Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür. Globall.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Təşkilat Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyətin gərginləşməsi ilə bağlı tədbirlər görür. Qarşıdurma zonasına KTMT baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - o bildirib. Putin qeyd edib ki, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur: “Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”. /axar.az/