Əli Həsənovun qardaşı oğlu işdən niyə
ÇIXARILIB? – Gömrük Komitəsindən AÇIQLAMA
Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənovun işdən çıxarıldığı bildirilir. Onun Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar vəzifəsindən kənarlaşdığı ehtimal olunur.
Globall.az xəbər verir ki, Gömrük Komitəsinin sözçüsü Şahin Rzayev Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə Anar Həsənov müvəqqəti olaraq işindən kənarlaşdırılıb.
Qurum rəsmisi sözügedən şəxsin hansı səbəbdən işdən çıxarılmasından isə məlumatsız olduğunu qeyd edib.
Qeyd edək ki, Anar Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.