Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Rezidenturaya boş qalan plan yerlərinə, eləcə də Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə Globall.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, nəticələrə əsasən 36 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib. Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Boş qalan 38 plan yeri (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri daxil olmaqla) üzrə 73 namizəd müsabiqədə iştirak edib. Onlardan 36 nəfər rezidenturaya qəbul olub. Rezidenturaya qəbul olmuş namizədlər 21 sentyabr saat 14:00-dan 26 sentyabr 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.İXTİSAS KODLARI VƏ MÜSABİQƏ NƏTİCƏLƏRİNƏ GÖRƏ ALINMIŞ UYĞUN KEÇİD BALLARI Azərbaycan Tibb Universiteti 311114 Anesteziologiya- reanimatologiya 53 311122 Ümumi cərrahiyyə 53 311244 Psixiatriya 53 311252 Nevrologiya 54 311325 Dermatovenerologiya 57 311366 Narkologiya 53 311439 Ailə təbabəti 53 Azərbaycan Tibb Universiteti
(Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemi üçün)358111 Anesteziologiya- reanimatologiya 54 358128 Ümumi cərrahiyyə 56 358136 Neyrocərrahiyyə 60 358144 Ürək- damar cərrahiyyəsi 60 358152 Travmatologiya- ortopediya 59 358169 Oftalmologiya 64 358177 Psixiatriya 50 358185 Daxili xəstəliklər 53 358193 Dermatovenerologiya 62 358217 Şüa diaqnostikası 65 358225 Yoluxucu xəstəliklər 53 358233 Sosial gigiyena və səhiyyənin təşkili - 358241 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 50 Naxçıvan Dövlət Universiteti 361173 Psixiatriya 51 361221 Nefrologiya 52 361287 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 50 361376 Laboratoriya işi 61