Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı
Ermənistanda hərbi prokuror və müavinləri işdən çıxarıldı. Globall.az xəbər verir ki, Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb. O, parlamentə seçildikdən bir gün sonra baş prokurorun müavininin, hərbi prokuror Vahe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Həmin gün hərbi prokurorun müavini Arsen Sərdaryan da tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Hovhannisyan bu vəzifəyə cəmi 3 gün əvvəl - sentyabrın 16-da təyin edilib.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: