Azərbaycanda yaşayan əcnəbi vətəndaş öldü
Azərbaycanda müvəqqəti yaşayan Filippin vətəndaşı hamamda çimərkən qəflətən ölüb.
Globall.az xəbər verir ki, hadisə sentyabrın 20-də Abşeron rayon Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.
Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan - Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: