Paşinyanın hərbi məzarlığa gətirdiyi əklillər aşırıldı
Ermənistanda ölən hərbçilərin yaxınları ölkənin Baş naziri Nikol Paşinyanın “Yerablur” hərbi panteonuna səfərinə etiraz etmək üçün əraziyə toplaşıblar. Polis hərbçilərin yaxınlarına güc tətbiq etməyə başlayıb və 40-a yaxın şəxs saxlanılıb. Globall.az xəbər verir ki, hərbçilərin qohumları hərbi məzarlıqda polisin onlarla rəftarına etiraz əlaməti olaraq ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının panteona gətirdiyi əklilləri aşırıblar. Mediada yayılan görüntülərdən həmin şəxslərin əklillərin üzərindən Ermənistan bayrağını sökdüyünü də görmək mümkündür.
Oxunub: 180
Xəbəri paylaş
Paylaş: