76 min insanın təxliyyəsi ilə nəticələnən fəlakətdən son görüntülər
Özbəkistanın Sardoba rayonunda su anbarının daşmasının son görüntüləri paylaşılıb.“Sputnik”in yayımladığı kadrlarda dağılmış yollar, tikililər, ətrafda yayılan şəxsi əşyalar görünür.
Xatırladaq ki, Özbəkistanın Sırdərya vilayətində Sardoba su anbarı kəskin hava şəraitindən və yağıntının həddən çox olması səbəbindən daşaraq, öz məcrasından çıxıb. Sırdərya çayı sahillərində yerləşən şəhər və qəsəbələr su altında qalıb.
Təbii fəlakət o qədər qəfil baş verib ki, insanlar evlərini sənədlərini belə götürmədən tərk ediblər. Ümumilikdə, fəlakət baş verən ərazilərdən 76 min nəfər təxliyyə olunub.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: