İrəvanda biabırçılıq: ölən hərbçilərin valideynləri saxlanıldı
21 sentyabr Ermənistanın "müstəqillik günü" münasibətilə baş nazir Nikol Paşinyanın ziyarət etdiyi, erməni hərbçilərinin dəfn olunduğu "Yerablur" məzarlığında biabırçılıq baş verib. Globall.az xəbər verir ki, baş nazirin məzarlığı ziyarət edərkən ölmüş erməni hərbçilərinin anaları Nikol Paşinyana yaxınlaşmaq, problemlərini onun özünə çatdırmaq istəyiblər. Bu zaman baş nazirin mühafizəçiləri və "qırmızı beretlilər" həlak olmuş hərbçilərin analarına güc tətbiq etməyə başlayıb. Hətta müharibədə ölmüş 4 erməni hərbçinin valideynlərinin saxlanıldığı, polis bölməsinə aparıldığı xəbər verilir. Onlardan üçünün qadın, birinin isə yaşlı kişi olduğu bildirilir. Baş verən hadisə sosial şəbəkələrin Ermənistan seqmentində "Paşinyanın növbəti biabırçılığı", "hökumətin qanmaz davranışı" kimi təqdim olunub və sosial şəbəkə istifadəçiləri mövcud hökumətə qarşı təhqiramiz ifadələr işlədiblər.