Azərbaycanlı kriminal "avtoritet"i Moskvada yaxaladılar...
İvanovo vilayətinə aparıb güllələdilər
Rusiya hüquq-mühafizə orqanları İvanovo vilayəti ərazisində Azərbaycanın kriminal aləminin liderlərindən birini güllələyən üç nəfəri xüsusi əməliyyat nəticəsində həbs edib.
Rusiya mənbələri xəbər verir ki, həmin kriminal avtoritet hansısa münaqişədən sonra Azərbaycanı tərk edib və Rusiya ərazisində gizlənib. Lakin rəqib qruplaşma onun yerini aşkar edib və Moskvada yaxalayaraq İvanovo vilayətinə aparıb. Və orada güllələyib.
Moskva cinayət axtarış polisinin də yardımı ilə vilayətin hüquq-mühafizə orqanları bu cinayətin üstünü açıblar və hadisəni törətməkdə şübhəli bilinən üç nəfəri həbs ediblər. Saxlanılarkən onlar müqavimət göstəriblər. Polis əməkdaşları atəş açıb və cinayətkarların zirehli “Galendewagen” avtomobilində çoxsaylı güllə yerləri yaranıb. Amma zərər çəkən olmayıb. Təhqiqat aparılır.