Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? -
AÇIQLAMA
Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb. Bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb. Amma hələ də köhnələrinin yerinə yeniləri gözə dəymir. Globall.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir: “Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, - deyə K.İmamverdiyeva əlavə edib.(ölkə.az)
Oxunub: 1 032
Xəbəri paylaş
Paylaş: