Rusiyalı general Ukraynada yaralandı
Rusiyalı general-mayor Oleq Çokov Ukraynadakı döyüşlər zamanı yaralanıb. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Svatovo yaşayış məntəqəsi rayonunda 20-ci ümumqoşun ordusunun 114-cü motoatıcı diviziyasının komandiri general-mayor Oleq Çokov yaralanıb. General serntyabrın 20-də təxliyə olunub. 19-20 sentyabr tarixlərində Rostovdakı hərbi hospitala 105 hərbi qulluqçunun meyiti aparılıb”, - məlumatda qeyd olunub.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: