Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu
Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub. Globall.az xəbər verir ki, ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər: “Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili onları vurub”. Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb. *** Globall.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonununda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişib. Hadisə yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirirlir. Faktla bağlı araşdırma aparılır.
Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.