Yanvar iğtişaşlarının iştirakçıları AMNİSTİYAYA salınır
Qazaxıstanın Baş prokurorluğu yanvar iğtişaşlarında iştirak edənlərə amnistiya elan edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb. Globall.az xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Qazaxıstan prezidenti Kasım-Comert Tokayev özünün 1 sentyabr müraciətində prokurorluğa yanvar hadisələrinin iştirakçılarına qarşı birdəfəlik amnistiyanı həyata keçirməyi tapşırıb. Amnistiya Aktı ilə bağlı Baş prokurorluğun portalında dərc edilmiş sənəddə qeyd olunur ki, təxribatçıların mənfi təsiri altına düşmüş “yanvar hadisələrinin iştirakçıları” düşünülməmiş qanun pozuntularına yol veriblər.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: