Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Spikerdən koronavirusla bağlı sərəncam: nələr qadağan olundu? (SİYAHI)
  • XİN Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
  • Dünən Milli Məclisdə nələr baş verdi? - Deputatlar üz-üzə gəldi

    • Tarix: 9-05-2020, 11:20

    Dünən Milli Məclisdə nələr baş verdi?  - Deputatlar üz-üzə gəldi


    Parlament bəzi qanunlara düzəlişləri qəbul etdi
    Mayın 8-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Sahibə Qafarova iclası açıq elan edəndən sonra dedi ki, bizim bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir.

    Sədr dedi ki, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. “Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır” - deyən S.Qafarova bundan sonra sözü şuşalı qıza, Əsra Məmmədliyə verdi.

    Yeniyetmə qız deputatlara üz tutaraq “xahiş edirəm, mənim səsimi dünyaya çatdırın. Qoy bilsinlər ki, Şuşadanam, amma Şuşanı görməmişəm”. O, çıxışını “Qarabağ Azərbaycandır!” deyərək bitirdi. O çıxış etdikcə monitorda Şuşadan bəhs edən kadrlar təqdim olundu, kədərli musiqi səsləndirildi. Xanım deputatların bəziləri göz yaşlarını saxlaya bilmədi. Deputatlar yeniyetmənin çıxışını alqışlarla qarşıladılar.

    Çıxışdan sonra sədr “Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək, bütün Qarabağ bölgəsi, o cümlədən onun nadir incisi olan Şuşa şəhəri işğaldan azad ediləcək, qaçqın və köçkün soydaşlarımız doğma yurdlarına qayıdacaq, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacaq” - söylədi.
    Spikerin təklifi ilə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra S.Qafarova faşizm üzərində Qələbənin 75 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə bağlı geniş nitq söylədi.

    Deputat Fazil Mustafa İranın Araz çayı üzərində həyata keçirdiyi və Azərbaycanda kəskin etirazlar doğuran layihələrdən bəhs etdi. Dedi ki, bizim hökumət təmsilçiləri bu məsələ ilə bağlı lazımi aydınlıq gətirmədiyi üçün Milli Məclisdə təsdiqlənmiş saziş haqqında neqativ fikirlər səslənir. “Mən ondan sonra bu sazişlə bir daha, ciddi şəkildə tanış oldum. Gördüm ki, orda hansı müddəalar var”. F.Mustafanın sözlərinə görə, sənəddə qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək orada hər hansı digər addımlar atıla bilməz: “İrana su ehtiyatlarından üçüncü ölkənin ehtiyatlarından istifadəsi qadağan edilir, ancaq öz maraqları üçün istifadə edə bilər”. F.Mustafa bildirdi ki, bu saziş hər hansı bir şəkildə Azərbaycanın əleyhinə yönəlməyib: “İran özbaşına yol çəkir, erməni terroruna dəstək verir. Bu dəstəyi onsuz da verirdi və biz buna qarşı daim etiraz etmişik. Amma bu sazişdə buna əsas verən heç nə yoxdur. Bu sazişi bəhanə kimi göstərmək düzgün deyil”-deyən deputat digər məsələyə də toxundu: “Mən möhtərəm Şeyximizin də İranla bağlı müraciəti ilə tanış oldum. Humanitar baxımdan heç bir iradım yoxdur. Amma siyasi baxımdan ora bir məsələ əlavə olunmalı idi. İran təcridolma vəziyyətində erməni terrorçularına daha çox dəstək verir”.

    Komitə sədri Qənirə Paşayeva Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından danışarkən çox mühüm bir təklif irəli sürdü. Bildirdi ki, Xurşidbanu Natəvan, Bülbül və Üzeyir bəyin güllələnmiş heykəlləri İncəsənət Muzeyinin həyətində qoyulub: “Çox yaxşı olardı ki, bu üç abidə ya Şəhidlər xiyabanında, ya da Dənizkənarı Milli Parkda qoyulsun. Çünki Şəhidlər xiyabanını protokolla ziyarətə gələn xarici qonaqlar da, xarici turistlər də ziyarət edir. Bunlar erməni vandalizmini, barbarlığını göstərən heykəllərdir”.

    Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqəti karantin rejiminin pozulmasına yönəltdi. Komitə sədri dövlət başçısının bir gün əvvəl bu məsələ ilə bağlı dediklərinə istinad edərək narahatlığını ifadə etdi. “Təəssüf ki, karantin rejiminin yumşaldılması yoluxmaların sayını çoxaldıb” - deyən M.Quliyev bildirdi ki, bu məsələdə məsuliyyətli olmalıyıq. O, təklif etdi ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunmalıdır.

    Sədr Sahibə Qafarova da deputatın fikirlərinə dəstək verdi. Dedi ki, hər kəs öz çıxışlarında bu məsələ ilə bağlı mövqeyini ifadə etməli, əhalini məlumatlandırmaqla bağlı əlindən gələni etməlidir.

    Deputat Sahib Alıyev Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini tənqid etdi. Bildirdi ki, onların bir sıra hərəkətləri işğalı stimullaşdırır: “Sosial şəbəkələrə baxın, hər kəs soruşur ki, biz nə qədər dözməliyik? 28 ildə hər hansı irəliləyiş olmayıb. Bütün danışıqlar Ermənistanın destruktiv siyasəti nəticəsində pozulub, amma işğalçı öz adı ilə çağırılmır”.

    Deputat Məlahət İbrahimqızı Şuşanın işğalından danışarkən dedi ki, prezident nəinki Qarabağla bağlı, həmçinin Zəngəzur, Göyçə, İrəvanla bağlı beynəlxalq təşkilatlardan mesajlar verir. “İstər dövlətimiz, istər ordumuz işğalçı Ermənistandan qat-qat güclüdür. Bu gün bizim ən çox ehtiyacımız olan məsələ təbliğat və təşviqatla bağlıdır”, - deyə o bildirdi.

    Deputat Cavid Osmanov iddia etdi ki, Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil. O bildirdi ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək verib: “Xəyanətkarların, satqınların toplaşdığı Milli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funkisyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanların, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.

    Deputat Sabir Rüstəmxanlı əvvəlcə İranla Azərbaycan arasında imzalanmış saziş ətrafında gedən müzakirələrdən bəhs etdi. Dedi ki, bu məsələyə tam şəkildə aydınlıq gətirilməlidir. “Məncə, qanunun özündə bir aydınlıq olmalıdır” - S.Rüstəmxanlı bildirdi. Xalq şairi daha sonra Şuşanın işğalından danışarkən keçmiş hakimiyyəti günahlandıran həmkarı ilə bağlı fikirlərini bölüşdü: “Cavan deputatlar ki, o hadisələrin şahidi olmayıblar, bəzən səthi bilikləri ilə danışırlar, onlar bu barədə bir az diqqətli olmalıdırlar. Vaxtilə Xocalı soyqırımı ilə bağlı səsləndirilən ehtiyatsız fikirlərlə biz düşmənlərin əlinə bir dəstəvüz, bəhanə verdik. İllərdir ermənilər bu məsələdən istifadə edirlər. İndi də belə fikirlər səslənir ki, sanki Şuşanı da biz özümüz vermişik. A qardaş, bu cür danışmaq olmaz axı! Bura Milli Məclisdir! Sən kimi istəyirsən tənqid elə, amma bu məsələlərdə diqqətli olmaq lazımdır. Yüzlərlə, minlərlə şəhid vermişik, torpasqlarımız böyük bir dövlətin yardımı ilə alınıb. Millət qəhrəmanlıq edib, amma gücümüz çatmayıb. Belə bir vəziyyətdə hər şeyi ovaxtkı hakimiyyətin boynuna qoyub erməniləri təmizə çıxartmaq olmaz!”

    Sədr Sahibə Qafarova dedi ki, gündəlikdəki məsələ başqadır. S.Rüstəmxanlı isə “mən bu fikri deməliydim, hesab edirəm ki, Məclisin də mövqeyi olmalıdır”.

    Sədr isə “Məclisin fikri ifadə olunub”,- deyə əlavə etdi.

    Birinci vitse-spiker Əli Hüseynli dedi ki, bu gün heç kim Şuşanın ermənilər tərəfindən işğal olunmadığını, bizimkilər tərəfindən təhvil verldiyini demədi: “Bu fikri siz səsləndirdiniz, Sabir müəllim!” Burada Cavid müəllim fikir söylədi və Siyavuş Novruzov dedi. Şuşanın işğalına hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılmasına da qiymət verilib".

    İclasda “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olundu.

    Komitə sədri Siyavuş Novruzov müxalifətçilərin pandemiya ilə bağlı görülən tədbirlərdən də öz məqsədləri naminə yararlandığını söylədi: “Deyirlər ki, Azərbaycanda SMS fəaliyyəti ona görə yaradılıb ki, müxalifətçiləri izləsinlər. Hansı ki, bütün dünyada bu proses gedir. Nə qədər aşağı səviyyəli olmaları ilə yanaşı, bütün vətəndaşları çaşdırmaq istəyirlər. Gün ərzində vətəndaşlardan 1 milyona yaxın SMS gəlir. Onların 10-15 nəfər adamları var, dərnəkdə toplaşıblar. Bura seçiləndə başqa şey danışırdılar, indi başqa şey deyirlər. Qonşu Gürcüstanda SMS icazəni pozanlar min lari cərimələnir. O biri tərəfrdən də iddia edirlər ki, Gürcüstan çiçək açıb, çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Bu mənada yayılan informasiyalarla bağlı məsuliyyətin ağırlaşdırılması vacibdir. Xalqı çaşdırmağa xidmət edən, dövlətin əleyhinə yönəldən informasiyalarla bağlı da ciddi ölçülər götürülməlidir”.

    S.Novruzov sabiq deputat Cəmil Həsənlinin arxivləri açmaqla bağlı çağırışına da reaksiya verdi. Dedi ki, 90-cı illərdə dəfələrlə arxivlərin açılması təşəbbüsü ilə çıxışlar olsa da, buna gedilmədi: “Çünki arxivlər açılsa, hamısında öz adları çıxacaqdı. İndi Cəmil Həsənli 1993-cü ilə toxunmur, 95-ci ildən danışır. Sual olunur, o hansı ölkənin kəşfiyyatına işləyir və hansı ölkənin kəşfiyyatına xidmət göstərir?”

    Deputat Qüdrət Həsənquliyev bəzi həmkarlarını danışarkən diqqətli olmağa çağırdı. Torpaqların işğalı ilə əlaqədar olaraq keçmiş hərəkatçıların günahlandırılmasını doğru saymayan Q.Həsənquliyev dedi ki, biz bununla o vaxt xalq hərəkatında olmuş insanları Cəmil Həsənlinin ətrafına toplamış oluruq. Deputat daha sonra dedi: “Bütün xalqların içərisində xəyanətkarlar olub və olacaq. Amma biz bəzi məsələlər barədə danışanda ehtiyatlı olmalıyıq. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, ”torpaq bərk olanda öküz-öküzdən görür". İndi torpaqlarımızın hansı yolla azad olunmasından danışmalıyıq. Amma başlamışıq bir-birimizi ittiham etməyə. Şuşa işğal olunanda AXC hakimiyyətdə deyildi, o zaman Yaqub Məmmədov ölkəyə rəhbərlik edirdi və Tehranda ermənilərlə danışıqlar apararkən Şuşa şəhəri işğal edildi. Bunu da kiçik bir məlumat kimi Cavid Osmanovun diqqətinə çatdırdım".

    Plenar iclasda kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif olundu və dəyişiklik təsdiqləndi. İclasda Vergi Məcəlləsinə dəyişikliklər də üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Layihədə bildirilir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur.

    Deputat Razi Nurullayev “təəssüf edirəm ki, burada həmkarlarım AXC-Müsavat ifadəsini çox işlədirlər. Bu ifadəni prezident də tez-tez səsləndirir, amma ona olar. Çünki ondan böyük yoxdur, o bu dövlətin başçısıdır”, -deyə bildirdi. Deputat daha sonra dedi: “Mən AXCP sədriyəm və buradakı həmkarlarımdan bir çoxu AXC şinelindən çıxıb. Əgər bu məsələlərin qaynağı Əli Kərimlidirsə, birbaşa onun adı çəkilsin. AXC-ni bütövlükdə demək düzgün deyil, Müsavat isə bu məsələyə qatmaq haqsızlıqdır. Mən Müsavatın vəkili deyiləm, amma istəyirəm ki, haqq-ədalət öz yerini tapsın”.

    Komitə sədri Siyavuş Novruzov isə R.Nurullayevin dediklərinə cavabında bildirdi ki, söhbət bir-iki nəfərdən getmir, o zaman sanki məqsədli şəkildə onları bir komandaya yığmışdılar. Müsavatın adının çəkilməsinə gəldikdə, S.Novruzov “bu Müsavat, ovaxtkı Müsavat demək deyil. Hər adı Həsən, Hüseyn olan imam deyil ki” -söylədi.

    Razi Nurullayevin bələdiyyələrin fəaliyyətini sərt tənqid etməsi “1999-cu və 2009-cu ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar” deməsindən sonra vitse-spiker Fəzail İbrahimli onun fikirlərinə münasibət bildirdi: “Biz kifayət qədər bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

    Bildirdi ki, bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır. Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırdı: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun!”

    R.Nurullayev isə növbəti dəfə söz aldı: “Mən təəssüf edirəm, Fəzail müəllim! Sizə heç yaraşdırmadım”./Yeni Müsavat



    Oxunub: 536
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.